İraqda parlament seçkiləri ərəfəsində sükut günü başlayıb
21:49 Dünyaİraqda Nümayəndələr Şurasına (parlament) 2005-ci ildən bəri sayca altıncı seçkilər ərəfəsində sükut günü başlayıb.
Bu barədə İraqın Müstəqil Seçki Komissiyası məlumat yayıb.
Seçkilər noyabrın 9-da başlayacaq və ayın 11-nə qədər davam edəcək.
329 deputat mandatı uğrunda təxminən 7,8 min namizəd mübarizə aparacaq.
Ümumi səsvermə noyabrın 11-də baş tutacaq.
Sorğu məlumatlarına görə, hazırkı baş nazir Məhəmməd Şiya əs-Sudaninin rəhbərlik etdiyi hakim "Bərpa və İnkişaf" koalisiyası 50 mandat qazanacaq. Keçmiş hökumət başçısı Nuri əl-Malikinin "Hüquqi dövlət" blokunun 38 yer, parlamentin keçmiş spikeri Məhəmməd əl-Halbusinin rəhbərlik etdiyi "Takaddum" ("Tərəqqi") koalisiyasının isə 26 mandat qazanacağı gözlənilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31