ABŞ aeroportlarında 900-dən çox reys ləğv edildi
8 Noyabr 2025 16:39 DünyaABŞ-də hökumətin fəaliyyətinin dayandırılması səbəbindən hava limanlarında 909 aviareys ləğv edilib, 272 reys isə gecikib.
Bu barədə "FlightAware" portalı məlumat yayıb.
Təkcə dünən 1 022 reys ləğv edilib, 6,2 min reys isə gecikib.
Qeyd edək ki, şatdaun artıq 38 gündür davam edir. ABŞ Prezidenti Donald Tramp respublikaçıları şatdauna dərhal son qoymağa çağırıb.//Report
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31