Bayden Trampın ABŞ-ı rüsvay etdiyini deyib

ABŞ-ın sabiq prezidenti Co Bayden hazırkı prezident Donald Trampı ölkəni rüsvay etməkdə ittiham edib.

APA xəbər verir ki, Bayden bu barədə 7 noyabrda Nebraska ştatında keçirilən Demokratlar Partiyasının tədbirində danışıb.

"Cənab Prezident, başa düşməyinizi istəyirəm ki, biz sizin üçün yox, siz bizim üçün işləyirsiniz. Siz təkcə milyarderlər və milyonçular üçün deyil, bizim üçün işləyirsiniz. Mən qəzəbliyəm. Bu, demokratiyadır və demokratiyada kral yoxdur və onun hərəkətləri bir ölkə olaraq bizim üçün rüsvayçılıqdır", - Bayden deyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31