ABŞ təsdiqlədi: Şaraya sanksiyalar ləğv edildi
8 Noyabr 2025 08:10 DünyaABŞ Suriya Prezidenti Əhməd Şaraya birtərəfli sanksiyaların ləğvini təsdiqləyib.
Axar.az xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin məlumatında deyilir.
Bildirilib ki, müvəqqəti hökumətdə daxili işlər naziri Enes Xəttab da qara siyahıdan çıxarılıb.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası Ə.Şara və E.Xəttabın BMT-nin sanksiya siyahısından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31