Britaniya Suriya liderini "qara siyahıdan" çıxarıb
17:54 DünyaBöyük Britaniya Suriyanın keçid dövrü prezidenti Əhməd əş-Şaraa və daxili işlər naziri Ənəs Xattab barəsində tətbiq etdiyi sanksiyaları ləğv edib.
Olaylar xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Böyük Britaniyanın Maliyyə Sanksiyalarının Tətbiqi İdarəsi (OFSI) tərəfindən yayılan bildirişdə qeyd olunur.
Bildirişə əsasən, onların adları sanskiyalar siyahısından xaric edilib və bundan sonra akvitləri dondorulmaya məruz qalmayacaq.
Oktyabrın sonunda Böyük Britaniya "Həyat Təhrir əş-Şam" terror təşkilatları siyahısından çıxarıb ki, bu da Suriyanın yeni rəhbərliyi ilə əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir. London mart ayında Dəməşqə qarşı sanksiyaların mərhələli şəkildə aradan qaldırılmasına başlayıb. Xüsusilə, Mərkəzi Bank da daxil olmaqla bir sıra banklara və neft şirkətlərinə qarşı məhdudiyyətlər ləğv edilib.