Avropa Komissiyası: “Gürcüstanın demokratik geriləməsi dərinləşir”- ÖZƏL
17:34 DünyaAvropa Komissiyası Gürcüstandakı Aİ səfiri Pavel Herçinskinin mediada yayılan məktubu ilə bağlı ilk şərhini verib. Olaylar.az xəbər verir ki, Brüsseldə keçirilən mətbuat konfransında Avropa Komissiyasının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə sözçüsü Anita Hipper məsələ ilə bağlı danışıb. O bildirib ki, Gürcüstan hakimiyyətinin diqqəti faktlardan yayındırmaq üçün daha bir cəhdini müşahidə edirlər. "Artıq hökumət tərəfindən informasiya manipulyasiyasına alışmışıq. Gəlin faktlara aydınlıq gətirək, biz daha 2024-cü ilin iyununda Avropa Komissiyasının hesabatını təqdim etmişdik və həmin hesabat Gürcüstanın demokratiya yolunda geri addımlarını bir daha təsdiqləyirdi. Bu, Gürcüstan hakimiyyətinə ilk ciddi xəbərdarlıq idi ki, gərək kurslarını dəyişsinlər. Lakin biz eyni 'Gürcü Arzusu' hakimiyyətini görürük. Parlamentdə də çoxluq həmin partiyadadır və demokratik prinsipləri zədələyən addımlar azalmaqdansa daha da kəskinləşir - müxalifət liderlərinin təqibi, jurnalistlərin həbsi, dinc etirazçılara hücumlar. İyunda, sonra oktyabr və dekabrda yayılan hesabatlarda, eləcə də bu həftə təqdim olunan genişlənmə buraxılışında bir daha göstərildi ki, Gürcüstan yalnız adı namizəd ölkədir", - deyə Anita Hipper bildirib.
Qeyd edək ki, "Rustavi 2"in məlumatına görə, Aİ-nin Gürcüstandakı səfiri Pavel Herçinski 2025-ci il noyabrın 5-də Gürcüstan Xarici İşlər Nazirliyi rəhbərinin müavininə məktub göndərib. Məktubda bildirilir ki, Gürcüstanın təhlükəsizlik və mütəşəkkil cinayətkarlıq sahəsində Aİ tərəfindən maliyyələşdirilən regional proqramlarda iştirakı dayandırılıb. Səfir yazır ki, "Gürcüstanda mövcud xüsusi vəziyyət və 2024-cü il 27 iyun tarixli Avropa Şurasının qərarları nəzərə alınaraq - hansı ki, Gürcüstanın Aİ-yə inteqrasiya prosesinin faktiki dayandırılmasına səbəb olub sizi məlumatlandırırıq ki, ölkənizin aşağıdakı regional layihələrdə iştirakı müvəqqəti olaraq dayandırılıb".