Almatı və Çin şirkəti YTO logistik əməkdaşlıq sazişi imzaladı – ÖZƏL
17:27 DünyaAlmatı şəhəri və Çin şirkəti YTO International Express nəqliyyat və logistika sahəsində əməkdaşlıq haqqında saziş imzalayıblar.
Olaylar.az xəbər verir ki, bu barədə ArbatMedia məlumat yayıb.
Şanxayda Almatı Şəhər Hakimiyyəti, Almatı Beynəlxalq Hava Limanı və YTO International Express and Supply Chain Technology Co., Ltd. arasında üçtərəfli memorandum imzalanıb.
Sənədi Almatı şəhərinin akimi Darxan Satıbaldi, hava limanının prezidenti Göker Kose və YTO şirkətinin rəhbəri Çjou Tszyan imzalayıblar. Tərəflər aviasiya və logistika xidmətlərinin inkişafı, eləcə də Qazaxıstanla Çin arasında investisiya əlaqələrinin genişləndirilməsi barədə razılığa gəliblər.
Saziş çərçivəsində Almatıda yeni nəqliyyat-logistika mərkəzinin yaradılması planlaşdırılır. Bu mərkəz regional infrastrukturun bir hissəsi olacaq və ölkənin tranzit potensialını gücləndirəcək.
Razılaşmaya əsasən, tərəflər logistika və yükdaşıma idarəçiliyində rəqəmsal həllərin tətbiqi və təcrübə mübadiləsini də həyata keçirəcəklər.
Qeyd edək ki, YTO International Express beynəlxalq çatdırılma, anbar logistikasına və təchizat zəncirinin idarə edilməsində rəqəmsal texnologiyalara ixtisaslaşmış Çinin aparıcı şirkətlərindən biridir.