“Figaro: Fransızların 90%-i Makronun siyasətini uğursuz hesab edir”- ÖZƏL
15:37 DünyaOlaylar.az xəbər verir ki, Fransanın "Le Figaro" qəzetinin sifarişi ilə Odoxa araşdırma mərkəzinin keçirdiyi sorğu göstərib ki, ölkə vətəndaşlarının böyük əksəriyyəti prezident Emmanuel Makronun iki müddətlik siyasətini "uğursuz" hesab edir. Sorğu 5-6 noyabr tarixlərində 18 yaşdan yuxarı 1000 nəfər arasında aparılıb. Nəticələrə görə, respondentlərin 89%-i Makronun siyasətini uğursuz adlandırıb. Onların arasında 2017 və 2022-ci illərdə Makrona səs verənlərin 77%-i də var. Fransızların fikrincə, Makronun qərarları ən çox alım gücünə (88%), pensiya siyasətinə (86%), miqrasiya ilə bağlı vəziyyətə (85%) və əmək bazarına (73%) mənfi təsir göstərib. Respondentlərin 86%-i hesab edir ki, Makron siyasi miras qoymayacaq və onun "siyasi məktəbi" prezidentlik müddəti başa çatdıqdan sonra davam etməyəcək.
Qeyd edilir ki, Makron daha əvvəl Konstitusiyanın üçüncü müddətə namizədliyə icazə verməməsindən narazılığını bildirmiş, hətta 2032-ci ildə yenidən seçilmək imkanını araşdırdığı barədə məlumatlar yayılmışdı. Lakin sorğuda iştirak edənlərin 89%-i "səhifənin çevrilməsini" istəyir və onun 2027-ci ildən sonra Fransa siyasətində mühüm rol oynamasını arzulamır.
"Makronizmin varisləri" mövzusunda isə ən çox keçmiş baş nazir və hakim partiyanın lideri Qabriel Attalın adı çəkilib. Bununla belə, respondentlərin yalnız 39%-i onun "Makronun xəttini davam etdirə biləcəyinə" inanır.