Həbsdə yalnız qatıqla qidalanır

Fransanın sabiq prezidenti Nikola Sarkozi həbsxanada zəhərlənmək qorxusu səbəbindən qəribə bir pəhrizə keçib.

70 yaşlı siyasətçi hazırda Paris yaxınlığındakı "La Santé" həbsxanasında saxlanılır.

Məlumata görə, keçmiş dövlət başçısı məhbuslar tərəfindən ölüm təhdidləri aldıqdan sonra ona verilən yeməkləri yeməkdən imtina edib və hazırda yalnız qatıq yeyir. O, həbsxana yeməklərinin zəhərlənə biləcəyindən ehtiyat edir və yalnız bir növ qidayla - yeməkxanadan aldığı məhsulla yaşayır.

Mənbələr bildirir ki, Sarkozi yemək bişirməyi belə bacarmır və hətta yumurta qaynatmaqdan imtina edir.

Xatırladaq ki, Nikola Sarkozi hazırda cinayətkar sui-qəsd və korrupsiya işi üzrə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası çəkir./Milli.az/

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31