Rusiyada səsi dəyişən “Telegram” botların təşviqi qadağan olunub
12:38 DünyaMoskva məhkəməsi səsi saxtalaşdıra bilən "Telegram" botlarla bağlı təbliğat xarakterli informasiyanın yayılmasını qadağan edib.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məhkəməyə müvafiq iddia ilə Moskvanın Mərkəzi inzibati dairəsinin prokuroru müraciət edib. Aparılan yoxlama zamanı internetdə istifadəçilərə mobil telefon zəngləri zamanı səsi dəyişmək imkanı təklif edən bir neçə bot aşkarlanıb.
Məhkəmənin materiallarında qeyd olunur ki, belə xidmətlərə sərbəst çıxış cəmiyyət arasında cəzasız şəkildə cinayət törətməyin mümkünlüyü barədə yanlış təsəvvür yarada, həmçinin dövlət orqanlarının və yerli özünüidarəetmə institutlarının nüfuzuna xələl gətirə bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31