Avropa Komissiyası Kiyevə 140 milyard avroluq kredit üzrə Belçika ilə danışıqları sürətləndirir

Avropa Komissiyası dondurulmuş Rusiya aktivləri hesabına Ukraynaya 140 milyard avro məbləğində reparasiya krediti ayrılması ilə bağlı Belçika hökuməti ilə danışıqları yekun mərhələyə çıxarıb.

Olaylar.az xəbər verir ki, bu barədə "Politico" yazıb.

Məlumata görə, son danışıqlar raundu bu gün Brüsseldə keçiriləcək.

Danışıqlar zamanı Brüssel Belçikanı bu mexanizmin maliyyə və hüquqi risklərini nəzərə alaraq razılığa gəlməyə razı salmağa çalışacaq.

Belçika Ukraynaya göndəriləcək kreditin təminatında istifadə ediləcək dondurulmuş Rusiya aktivlərinin böyük hissəsinə ev sahibliyi edir - söhbət on milyardlarla avrodan gedir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31