Tramp: “Sanksiyaların götürülməsini Türkiyənin xahişi ilə etdik”

ABŞ prezidenti Donald Tramp Suriya ilə bağlı sanksiyaların götürülməsi prosesinə dair açıqlama verib. 

Olaylar.az-ın məlumatına görə Tramp bildirib ki, qərar Ankara tərəfinin xahişi əsasında qəbul olunub.

"Bu region çox mürəkkəbdir və o Suriya prezidenti vəzifəsini icra edən Əhməd əş-Şara güclü bir adamdır. Mən onunla yaxşı münasibət qura bildim və Suriya istiqamətində xeyli irəliləyiş əldə olundu. Bilirsiniz, biz sanksiyaları Türkiyənin xahişi ilə götürdük", - deyə Tramp qeyd edib.

Qeyd edək ki, Vaşinqton Suriyada yeni siyasi mərhələ çərçivəsində Dəməşqlə müəyyən məhdudiyyətlərin yumşaldılması və dialoqun genişləndirilməsi imkanlarını nəzərdən keçirir. Bu fonda Türkiyənin regionda vasitəçi rolunun gücləndiyi vurğulanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31