Tramp: Ukrayna müharibəsinin bitirilməsində “böyük irəliləyiş” var – ÖZƏL

ABŞ Prezidenti Donald Tramp Ukraynadakı müharibənin başa çatdırılması məsələsində əhəmiyyətli irəliləyiş əldə olunduğunu bir daha bəyan edib.

Olaylar.az xəbər verir ki, mətbuatla ünsiyyət zamanı Tramp, administrasiyasının cəmi üç ay əvvəl Ermənistan və Azərbaycan arasında sülh sazişi bağladığını qeyd edib.
O vurğulayıb ki, bu, ABŞ-nin son səkkiz ayda dayandırdığı səkkiz müharibədən biridir.

Tramp bildirib ki, hazırda ABŞ mümkün olarsa, Rusiya və Ukrayna arasındakı digər müharibəni də bitirməyə çalışır.

ABŞ Prezidenti sözlərinə əlavə edib: "Hələlik buna nail olmamışıq, amma hesab edirəm ki, böyük irəliləyiş əldə etmişik."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31