Çin yeni “Fujian” təyyarədaşıyan gəmisini rəsmi olaraq istismara verdi- ÖZƏL

Çin Xalq Respublikasının yeni "Fujian" təyyarədaşıyan gəmisinin rəsmi şəkildə istismara verildiyi açıqlanıb. Olaylar.az xəbər verir ki, bu barədə "Xinhua" agentliyi məlumat yayıb. Məlumata görə, təhvil-təslim mərasimi Cənubi Çin dənizində yerləşən Sanya hərbi-dəniz bazasında keçirilib. Tədbirdə Çin sədri Si Cinpin də iştirak edib. "Fujian" hazırda Çin Hərbi Dəniz Qüvvələrinin tərkibinə daxil olan ən müasir aviadaşıyanlardan biridir. Ən önəmli xüsusiyyəti isə elektromaqnit katapultu ilə təchiz edilmiş ilk Çin təyyarədaşıyanı olmasıdır. Bu sistem paluba əsaslanan qırıcıların daha sürətli və effektiv havalanmasına imkan yaradır. Yeni aviadaşıyanın donanmaya qoşulması Çin HDQ-nin modernləşmə prosesində mühüm mərhələ kimi qiymətləndirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31