Minlərlə xəyal gəmisi birdən Baltik dənizində siqnal verdi- ÖZƏL

Finlandiyanın dəniz izləmə sistemində qeydə alınan genişmiqyaslı nasazlıq Baltik dənizində minlərlə "xəyal gəmisi"nin peyda olması ilə nəticələnib. Olaylar.az xəbər verir ki, Helsingin Sanomat qəzetinin yazdığına görə, Finlandiyanın Nəqliyyat və Rabitə Agentliyi (Traficom) cəmi bir saat ərzində 18 min saxta gəmi siqnalı alıb. Məlumata əsasən, sistemdə NATO-ya məxsus gəmilər kimi göstərilən bu obyektlər əslində Baltik dənizindən minlərlə kilometr uzaqda yerləşirmiş. Hətta Somalidən Yaponiyaya doğru hərəkət edən bir İspaniya gəmisi, səbəbsiz şəkildə Fin körfəzində görünmüşdü. Traficom hadisənin səbəbinin hələlik məlum olmadığını bildirir. Agentlik istisna etmir ki, bu kütləvi səhv qəsdən müdaxilə nəticəsində baş verə bilər və izləmə sistemlərinə yönəlmiş təxribat ehtimalını araşdırır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31