Paşinyan: “Bu gün AAK-ın Katolikosu yoxdur, bu titulu qanunsuz şəkildə zəbt etmiş bir nəfər var”
15:56 DünyaErmənistanın Baş naziri Nikol Paşinyan yenidən II Qaregin və onun qardaşı, arxiyepiskop Ezrası (dünyəvi adı Mkrtic) tənqid atəşinə tutub və onu "KQB agenti" adlandırıb.
Olaylar.az xəbər verir ki, Paşinyan bildirib:
"Mən deməmişəm ki, hansısa episkop KQB agentidir. Mən aydın şəkildə dedim: 'Ktrich Nersisyanın qardaşı'. Düşünürəm ki, dərc olunmuş sənədlər onun SSRİ dövründə işə cəlb olunduğunu açıq göstərir. Məni təəccübləndirən odur ki, hörmətli jurnalistlərimiz bu mövzunu müzakirə edir, amma nə Ktrich Nersisyana, nə də onun qardaşına bir dəfə də olsun bu barədə sual vermirlər."
Baş nazir əlavə edib ki, cavablandırılmalı çox konkret suallar var:
"Məsələn, əgər Ktrich Nersisyan və ya hər hansı digər selibat (subaylıq andı içmiş) ruhani bu öhdəliyi pozub və uşağı varsa, o, bütün ermənilərin Katolikosu taxtında otura bilərmi? Niyə bu suallar Kilsə nümayəndələri qarşısında səsləndirilmir?"
Paşinyan açıqlamasını belə yekunlaşdırıb:
"Qeydimin düzgün anlaşılmasını istəyirəm: Ktrich Nersisyan Katolikos deyil. Bu gün AAK-ın Katolikosu yoxdur, sadəcə bu titulu qanunsuz şəkildə mənimsəmiş bir şəxs var!" (Musavat.com)