Kristin Laqard: “Dünya iqtisadiyyatı Trampın tariflərinin ağrısını hələ hiss etməyib” – ÖZƏL

Olaylar.az xəbər verir ki, Avropa Mərkəzi Bankının (AMB) sədri Kristin Laqard CBS News-a müsahibəsində bildirib ki, dünya iqtisadiyyatı hələ ABŞ prezidenti Donald Trampın tətbiq etdiyi tariflərin real təsirini hiss etməyib.

Onun sözlərinə görə, hazırda ixracatçılar və idxalçılar mənfəət marjasının azalmasına dözür, lakin bu vəziyyət uzun çəkməyəcək:
"İxracatçı və idxalçının qazanc marjası azalır. Onlar nə vaxta qədər buna dözəcəklər, bu, hələ bəlli deyil. Amma bir vaxt gələcək ki, şirkətlər qiymətləri artırmalı olacaqlar. O zaman bütün yük istehlakçının üzərinə düşəcək," - deyə Laqard qeyd edib.

AMB rəhbəri bildirib ki, tariflər və texnoloji tərəqqi qlobal iqtisadiyyatda əsas "transformasiya" amillərinə çevrilib:
"Tariflər dünya ticarət xəritəsini dəyişib, yeni ittifaqlar yaradıb. Digər mühüm dəyişiklik isə süni intellektin təsiridir - o, məlumat idarəçiliyindən tutmuş şəxsi münasibətlərə qədər hər sahəyə sirayət edib."

Kristin Laqard həmçinin ABŞ və Çin arasında davam edən ticarət müharibəsini "poz verilməsi" kimi dəyərləndirib:
"Bu, danışıqlar taktikasının bir hissəsidir. Hər iki tərəf güc nümayiş etdirir. Amma sonda onlar danışıqlar masasına oturmalı olacaqlar, çünki bu, hər iki iqtisadiyyatın marağındadır," - deyə AMB rəhbəri vurğulayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31