Nyu Yorkun müsəlman meri Trampa savaş elan etdi
15:14 DünyaNyu York şəhərinin ilk müsəlman meri seçilmiş Zöhran Məmdani vaxt itirmədən ABŞ Prezidenti Donald Trampla mübarizəyə başlayacağını deyib.
Olaylar.az xəbər verir ki, bu barədə "Röyters" məlumat yayıb.
Məmdani çıxışında ABŞ prezidenti ilə mübarizə aparacağına söz verib:
"Donald Tramp, izlədiyinizi bildiyim üçün sizə iki sözüm var: diqqətlə dinləyin! Bir despotu qorxutmağın yolu varsa, o da onun hakimiyyətə gəlməsinə imkan verən şərtləri aradan qaldırmaqdır. Məsələ təkcə Trampı necə dayandırmağımızda deyil, həm də növbəti Trampı necə dayandırmağımızdadır".
Qeyd edək ki, Tramp əvvəllər dəfələrlə Məmdaninin namizədliyini tənqid etmiş, onu antisemitizmdə günahlandırmış və kommunist adlandırmışdı.
İlkin nəticələrə görə, Məmdani Nyu York şəhərinin meri seçilib.