İran iki Fransa vətəndaşını azad edib
15:09 Dünyaİranda iki Fransa vətəndaşının azad edilməsi islam dəyərlərinə əsasən baş tutub.
Olaylar.az-ın məlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçi bu gün (5 noyabr) Tehranda Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Fransa vətəndaşlarının azad edilməsinə artıq ötən gün İranın Məhkəmə Sistemi qərar verib.
Araqçi bildirib ki, halbuki bu iki Fransa vətəndaşı casusluq ittihamı ilə həbs olunmuşdu.
İranlı nazir əlavə edib ki, Fransada da İran vətəndaşı artıq azad edilib və hazırda İran səfirliyindədir. Məhkəmə prosesi başa çatdıqdan sonra İrana dönəcəklər.
Qeyd edək ki, 14 oktyabrda İranın Tehran məhkəməsi iki Fransa vətəndaşını casusluq ittihamı ilə uzun müddətə - 31 və 32 il- azadlıqdan məhrum edilməsinə qərar verib.