srail daha 15 fələstinlinin meyitini Qəzzaya təhvil verib
15:00 Dünyaİsrail hökuməti Yaxın Şərq atəşkəs razılaşması çərçivəsində Qəzzanın Səhiyyə Nazirliyinə daha 15 fələstinlinin nəşini təhvil verib.
Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, meyitlər artıq anklavın cənubunda yerləşən Nasir xəstəxanasına (Xan-Yunus rayonu) çatdırılıb və orada tezliklə şəxsiyyətin müəyyən edilməsi prosesinə başlanılacaq.
Beləliklə, atəşkəs sazişi çərçivəsində Qəzzaya təhvil verilən fələstinli meyitlərin sayı 285-ə çatıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31