Pxenyan Kim Çenlə Trampın görüşünə hazırlaşır
14:44 DünyaCənubi Koreya kəşfiyyatının məlumatına görə, Şimali Koreya Kim Çen İn və ABŞ Prezidenti Donald Tramp arasında mümkün zirvə görüşünə hazırlaşır.
Olaylar.az xəbər verir ki, bu barədə "Blumberq" məlumat yayıb.
"Rusiya ilə artan yaxınlaşmasına və Çinlə əlaqələrini gücləndirməsinə əsaslanaraq, Şimali Koreya ABŞ-la da münasibətlərin yaxşılaşdırılmasına çalışa bilər. Cənubi Koreyanın Milli Kəşfiyyat Xidməti Şimali Koreya ilə ABŞ arasında zirvə görüşünün keçirilməsini ehtimalının çox olduğunu bildirir", - məlumatda qeyd olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31