Kremldən müsəlman merin seçilməsinə REAKSİYA
14:21 Dünya"Zöhran Mamdaninin Nyu-York meri seçilməsinin ABŞ-ın xarici siyasətinə, xüsusən də Ukraynada nizamlanma üzrə dialoqa mane olacağına inanmırıq".
Olaylar.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov brifinqdə deyib.
"Biz bunların heç bir şəkildə bir-biri ilə əlaqəli olduğunu düşünmürük. Belə məsələlər Amerika Birləşmiş Ştatlarının daxili işləridir", - o bildirib.
Qeyd edək ki, Zöhran Məmdani Nyu-Yorkun ilk müsəlman bələdiyyə sədri olub. O, yanvarın 1-də and içəcək. (Globalinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31