Sərkisyan ortaya çıxdı: “Ölüm hökmü olsa belə, Ermənistandan getməyəcəyəm”
13:28 DünyaErmənistanın sabiq prezidenti Serj Sərkisyan özünün ölkəni tərk etməsi ilə bağlı yayılan iddialara cavab verib.
Olaylar.az xəbər verir ki, o, məhkəmə qarşısında jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Ermənistanı heç vaxt tərk etməyəcək.
Sərkisyan deyib:
"Mən qaçacaq adamam? Şərhə ehtiyac yoxdur... Hətta məni ölüm hökmü ilə hədələsələr belə, Ermənistandan getməyəcəyəm. Bu mənim ölkəmdir".
Qeyd edək ki, Ermənistan Konstitusiyasında ölüm hökmü qanunla qadağandır, lakin Sərkisyan bu bəyanatı ilə özünə qarşı mümkün cinayət prosesləri fonunda "qaçacaq" iddialarını təkzib edib. (Musavat.com)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31