Çindən ABŞ ilə bağlı QƏRAR

Çin Maliyyə Nazirliyi bu ilin mart ayında ABŞ kənd təsərrüfatı məhsullarına tətbiq edilən əlavə tarifləri ləğv edib.

Olaylar.az xəbər verir ki, məlumatı nazirlik açıqlayıb.

Açıqlamada bu əlavə tariflərin yığılmasının 10 noyabrda dayandırılacağını bildirilir.

Sözügedən tariflər toyuq əti, buğda, qarğıdalı, pambıq, eləcə də sorqo, soya, donuz əti, mal əti, balıq, meyvə, tərəvəz və süd məhsulları da daxil olmaqla bir sıra mallar üçün müvafiq olaraq 15 faiz və 10 faiz təşkil edir.

Nazirlik tariflərin ləğvini Pekin və Vaşinqton arasında ticarət və iqtisadi məsləhətləşmələr zamanı əldə edilən razılaşmaların həyata keçirilməsinin nəticəsi kimi izah edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31