Nyu-Yorkun yeni mer namizədi Trampa sərt müraciət etdi
11:32 DünyaNyu-Yorkda mer seçkilərində qalib gələn namizəd Zellnor Mamdani seçki qərargahında tərəfdarları qarşısında çıxış edərək ABŞ prezidenti Donald Trampa müraciət edib.
Olaylar.az xəbər verir ki, bu barədə yerli KİV-lər məlumat yayıb.
Çıxış zamanı Mamdani öz siyasi və dini kimliyini vurğulayaraq bununla bağlı tənqidlərə cavab verib.
O bildirib:
"Mən müsəlmanam, demokratik sosialistəm və buna görə üzr istəmirəm. Nyu-York immiqrantların şəhəri olaraq qalacaq".
Mamdani həmçinin şəhərdə islamofobiya və nifrət əsasında qurulan siyasi ritorikanın qəbul olunmayacağını vurğulayıb.
"Nyu-York daha artıq islamofobiya ilə seçki qazanılan şəhər olmayacaq. Siyasət artıq bizim üzərimizdə edilən yox, bizim etdiyimiz proses olacaq," - deyə o ifadə edib. (Musavat.com)