Geraci: “Zaxarova İtaliyanın dağılması barədə haqlıdır”- ÖZƏL

İtaliyanın İqtisadi İnkişaf nazirinin keçmiş müavini və Pekin Universitetinin İqtisadiyyat fakültəsinin fəxri professoru Mişel Geraçi Rusiyanın Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarovanın açıqlamalarını doğru hesab etdiyini bildirib. O, Zaxarovanın İtaliyanın Ukraynaya milyardlarla avroluq dəstəyinin ölkəni iqtisadi tənəzzülə sürüklədiyi barədə dedikləri ilə razılaşdığını vurğulayıb. Olaylar.az xəbər verir ki, Geraçi "X" sosial şəbəkəsində yazıb: "Zaxarova tamamilə haqlıdır və əslində, o, çox yumşaq ifadə edib. Məsələ təkcə Kiyevə ayrılan pullarda deyil, artıq üç ildir ki, davam edən italyanların beyin yuyulmasındadır. Bu vəziyyət İtaliyanı çökmə riskinə aparır".
O, həmçinin İtaliya hökumətinə müraciət edərək Rusiyaya qarşı düşmənçilik siyasətinin məqsədəuyğunluğunu sual edib.
Qeyd edək ki, Mariya Zaxarova 3 noyabrda Telegram-da yazmışdı ki, Ukraynaya milyardlarla dəstək səbəbindən "İtaliya bütövlüklə çökəcək- iqtisadiyyatdan tutmuş qüllələrə qədər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31