Bolqarıstan hökuməti avroya keçidi milli prioritet elan etdi - ÖZƏL

Bolqarıstanın baş naziri Rosen Jelyazkov bəyan edib ki, avroya keçid ölkə üçün strateji seçimdir.

Hökumət başçısının sözlərinə görə, 1 yanvardan etibarən Bolqarıstan "valyuta kimi avronu qəbul etmiş dövlətlər ailəsinin üzvü olacaq".

"Avro sadəcə pul vahidi deyil - bu, Bolqarıstanın birləşmiş və güclü Avropanın mərkəzində yerini möhkəmləndirən strateji seçimdir", - deyə Jelyazkov açıqlamasında bildirib.

Qeyd edək ki, bundan əvvəl bolqar siyasətçi Kosta Stoyanov Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində jurnalist Çey Bouza verdiyi müsahibədə Avropa İttifaqının iqtisadi böhran səbəbindən Bolqarıstanın avrozona daxil olmasında israrlı olduğunu söyləmişdi.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31