Putin: Rusiyanın şərəf və ləyaqətini qorumaq hər bir vətəndaşın borcudur - ÖZƏL
19:19 Dünya"Rusiyalılar bu gün həm dinc, həm də hərbi əməkləri ilə vətənin suverenliyini, şərəfini və ləyaqətini müdafiə edirlər."
Olaylar xəbər verir ki, bu fikri Rusiya Prezidenti Vladimir Putin dövlət mükafatlarının təqdimetmə mərasimində səsləndirib.
Putin bildirib: "Bu gün biz ənənələri qoruyaraq, yaradıcı, dinc və hərbi əməyimizlə doğma Rusiyanın suverenliyini, şərəfini və ləyaqətini müdafiə edirik."
Dövlət başçısı bu sözləri Rusiya xalqının birliyinin möhkəmlənməsinə töhfə verən şəxslərin təltif olunması mərasimində söyləyib.
Bundan əvvəl Putin Moskvanın Qızıl Meydanında yerləşən Kuzma Minin və Dmitri Pojarski abidəsinin önünə gül dəstəsi qoyub.
O, həmçinin "Xüsusi Hərbi Əməliyyat" iştirakçılarının övladları və gənc fəallarla görüşüb, onlarla söhbət edib.
İbrahim Məmmədli