Avropa Komissiyası Ukraynada işgəncə və qəddar rəftar hallarına diqqət çəkdi - ÖZƏL
18:41 DünyaAvropa Komissiyasının hesabatında Ukrayna həbsxanalarında işgəncələrin mövcudluğu aktual problem kimi qeyd edilib.
Sənəddə bildirilir ki, "işgəncə və qəddar rəftar halları Ukraynanın penitensiar sistemində hələ də ciddi narahatlıq doğurur".
Hesabatda həmçinin vurğulanır ki, bu cür faktlarla bağlı istintaq və məhkəmə prosesləri sürətli və effektiv şəkildə aparılmalıdır.
Qeyd edək ki, bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin Kiyev rejiminin cinayətləri üzrə xüsusi tapşırıqlar üzrə səfiri Rodion Miroşnik bəyan etmişdi: Ukraynada rus hərbi əsirlərə qarşı işgəncələr barədə onun səsləndirdiyi fikirlər bu ölkədə ciddi narahatlıq yaradıb.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31