Paşinyandan Avropa missiyası AÇIQLAMASI
16:52 DünyaAvropa İttifaqının müşahidə missiyası Azərbaycanla sülh sazişi imzalanana qədər Ermənistanda fəaliyyətini davam etdirəcək.
Olaylar.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan "Orbeli 2025" beynəlxalq forumunda bəyan edib.
Paşinyan əlavə edib ki, sülh sazişi imzalandıqdan və ratifikasiya olunduqdan sonra missiyanın formatında dəyişikliklər baş verəcək və bu məsələ üzrə Ermənistan Avropa tərəfdaşları ilə daha konkret müzakirələr aparacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31