Almaniya 2026-cı ildə Ukraynaya maliyyə yardımını 3 milyard avro artırmağı planlaşdırır- ÖZƏL
16:29 DünyaAlmaniya hökuməti 2026-cı ildə Ukraynaya ayıracağı maliyyə yardımını təxminən 3 milyard avro artırmağı planlaşdırır. Olaylar.az xəbər verir ki, bu barədə "Handelsblatt" qəzeti hökumət kabinetindəki mənbələrə istinadən məlumat yayıb.
Xatırladılır ki, 2026-cı ilin dövlət büdcəsində Kiyevin dəstəyi üçün əvvəlcə 8,5 milyard avro nəzərdə tutulmuşdu. Nəşrin məlumatına görə, əlavə 3 milyard avronun ayrılması ilə bağlı qərar hələ yekunlaşmasa da, koalisiya daxilində Ukraynaya ayrılacaq vəsaitin artırılmasının vacibliyi barədə ümumi razılıq mövcuddur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31