Rusiya aktivlərinin müsadirəsi təkrar gündəmdə – ÖZƏL

Aİ səfirləri Rusiya Federasiyasının suveren aktivlərinin müsadirəsi ilə bağlı Avropa Komissiyasının təkliflərini yenidən nəzərdən keçirəcəklər.

Avropa İttifaqına üzv 27 ölkənin səfirləri noyabrın 5-də Aİ-nin Daimi Nümayəndələr Komitəsinin (COREPER) planlı iclasında Rusiya Federasiyasının suveren aktivlərinin müsadirəsi ilə bağlı Avropa Komissiyasının təkliflərini növbəti dəfə müzakirə etməyə hazırlaşırlar. 

Olaylar.az xəbər verir ki, bu barədə Aİ Şurasının saytında dərc edilmiş iclasın gündəliyində qeyd olunub.

Sənədə əsasən, Rusiya aktivlərinin Aİ-nin "reparasiya krediti" adı altında müsadirə edilməsi mövzusu "növbəti Aİ Şurasının İqtisadiyyat və Maliyyə Nazirləri səviyyəsində iclasına hazırlıq" çərçivəsində müzakirə olunacaq. Bu o deməkdir ki, bu görüşdə praktiki qərarların qəbulu gözlənilmir.

Xatırladaq ki, oktyabrın 23-də keçirilən Aİ sammitində Belçika Avropa Komissiyasının Euroclear meydançasında dondurulmuş 185 milyard avro həcmində Rusiya aktivlərinin müsadirəsi hesabına Kiyevə "reparasiya krediti" verilməsi planını bloklamışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31