Cənubi Koreya 2030-cu illərdə nüvə sualtı qayığı inşa edə bilər: ABŞ ilə məsləhətləşmələr olacaq – ÖZƏL

Cənubi Koreya (Koreya Respublikası) öz texnologiyalarına əsaslanaraq nüvə güc qurğusu ilə işləyən sualtı qayıq inşa edə bilər. 

Olaylar.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi Prezident Li Cze Myonun iştirakı ilə keçirilən iclasda bəyan edib.

Koreya Respublikası Müdafiə Nazirliyinin maddi-texniki təminat idarəsinin direktoru Von Con De bildirib ki, ölkənin indiyədək əldə etdiyi texnologiyalar və potensial birləşdirilsə, nüvə sualtı qayığı inşa etmək mümkündür.

Rəsmi şəxsin sözlərinə görə, əgər 2020-ci illərin ikinci yarısında ABŞ ilə məsləhətləşmələr yolu ilə nüvə yanacağı məsələsi həll edilərsə və inşaata başlanılarsa, ilk gəminin suya endirilməsi 2030-cu illərin ortaları və ya sonlarına mümkün olar.

Von Con De qeyd edib ki, hazırda "atom sualtı qayığı üçün lazım olan əsas texnologiyaların təmin edilməsi prosesi gedir və onların təhlükəsizliyi yoxlanılır".

Çinli məmur əlavə edib ki, Koreya Respublikası qeyri-nüvə sualtı qayıqlarının inşası məsələsində artıq "dünya səviyyəsində səriştəyə malikdir".

Keçən həftə Koreya Respublikası Hərbi Dəniz Qüvvələrinin komandanı Kan Don Gil də oxşar qiymətləndirmələrlə çıxış etmişdi. O, atom sualtı qayığının yaradılması prosesinin təxminən 10 il çəkə biləcəyini demişdi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31