İranda neft emalı zavodunda DƏHŞƏTLİ YANĞIN
13:59 Dünyaİranda "Eyvanki" neft emalı zavodunda böyük yanğın baş verib.
Olaylar.az xəbər verir ki, İran mediasının məlumatına görə, yanğınsöndürənlər və xilasedicilər hadisə yerində çalışırlar.
Zavod Semnan əyalətinin Cənnət Abad sənaye şəhərində yerləşir. Hələlik ölən və ya xəsarət alanlar barədə məlumat verilməyib.
Semnan, Tehran və qonşu əyalətlərdən yanğınsöndürənlər, təcili yardım və polis briqadaları hadisə yerinə cəlb olunub. İran Qızıl Aypara Cəmiyyətinin əməkdaşları da yanğının söndürülməsinə qoşulub.
Yerel medianın məlumatına görə, yanğının qarşısının alınması işləri davam edir və səbəbi mütəxəssislər tərəfindən araşdırıldıqdan sonra açıqlanacaq.
                Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31