Milyonlarla Belçika sakininin yerləşmə məlumatları internetə sızıb – ÖZƏL
13:10 DünyaOlaylar.az xəbər verir ki, "Echo" nəşrinin yazdığına görə, Avropa Komissiyasının əməkdaşları və digər Avropa rəsmiləri də daxil olmaqla, milyonlarla Belçika sakininin yerləşmə məlumatları internetdə açıq şəkildə yayımlanıb.
Bildirilir ki, "milyonlarla belçikalının yerləşmə məlumatları sındırılıb və internetdə təkrar satılıb".
Məlumatlar arasında Belçikada işləyən Avropa rəsmilərinin məlumatlarının olması bu qurumların təhlükəsizliyini potensial olaraq təhlükə altına qoyur.
Oğurlanan məlumatlar smartfon abunəçilərinin yerləşmə məlumatlarıdır.
Jurnalistlər açıqlanan məlumatları təhlil edərək, "Avropa İttifaqı (Aİ) institutlarında işləyən və ya işləmiş, o cümlədən yüksək vəzifəli şəxslər olmaqla, ən azı beş nəfərin həyat tərzi və vərdişləri barədə məlumat əldə ediblər".
Avropa Komissiyası "belə məlumatların ticarətindən narahat olduqlarını" bildirib və əməkdaşlarına xidməti və şəxsi smartfonlarda ayarlarla bağlı yeni tövsiyələr verib.