Tibb tarixində ilk: Çinli həkimlər minlərlə kilometr aralıdan əməliyyat apardı
12:00 DünyaÇinli oftalmoloqlar dünyada ilk dəfə 4200 kilometr məsafədə yerləşən xəstəyə uzaqdan göz əməliyyatı aparıblar.
Olaylar.az xəbər verir ki, bu barədə Sun Yat-sen Universiteti məlumat yayıb.
Məlumatda bildirilir ki, Quançjoudakı həkimlər 5G rabitə vasitəsilə Urumçidəki xəstəyə robot qolu ilə subretinal inyeksiya tətbiq ediblər.
Sun Yat-sen Universitetinin Çjunşan Göz Mərkəzinin nümayəndəsi Lin Haotian bildirib ki, bu əməliyyat Çində uzaqdan yüksək dəqiqlikli oftalmoloji cərrahiyyənin praktik tətbiqi istiqamətində mühüm addımdır.
Məlumata görə, robot xəstənin gözünə mikroiynə yerləşdirib, Quançjoudakı mütəxəssislər isə iynəni uzaqdan idarəetmə ilə istənilən dərinliyə qədər irəlilədərək dərmanı yeridiblər.
Bütün əməliyyat yeddi dəqiqədən az çəkib. (Musavat.com)