Türkiyədə FETÖ-yə qarşı əməliyyat: 19 nəfər saxlanılıb

Türkiyənin xüsusi xidmət orqanlarının əməkdaşları Ankara Respublikası Baş Prokurorluğunun FETÖ-yə qarşı istintaqı çərçivəsində TÜBİTAK (Türkiyə Elmi və Texnoloji Tədqiqatlar Agentliyi) və ASELSAN-da (Hərbi Elektronika Sənayesi və Ticarət Anonim Şirkəti) əməliyyatlar keçirilib.

Olaylar.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Baş Prokurorluğun yaydığı məlumata görə, Terror Cinayətlərinin İstintaq Bürosu, Milli Kəşfiyyat Təşkilatı (MİT) tərəfindən əvvəllər silahlı terror təşkilatının üzvü olmaq ittihamı ilə aparılan istintaq zamanı axtarışda olarkən saxlanılan H.İ.A.-nın rəqəmsal materiallarının təhlili nəticəsində "SIGNAL" adlı tətbiq vasitəsilə aparılan şifrəli təşkilati yazışmalar aşkar edilib.

Bununla əlaqədar olaraq, 2-si TÜBİTAK, 1-i ASELSAN, 1-i Türkiyə Enerji, Nüvə və Mədən Tədqiqatları Qurumunun, 1-i isə Türk Telekomünikasiya Anonim Şirkətinin əməkdaşı olmaqla ümumilikdə 19 nəfər şübhəli barəsində həbs qərarı verilib.

Əməliyyatlar mərkəzi Ankara olmaqla, 5 vilayətdə eyni vaxtda həyata keçirilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31