Kamçatkada güclü zəlzələ oldu

Rusiyanın Kamçatka bölgəsində 6,3 bal gücündə zəlzələ baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat verib.

Bildirilib ki, zəlzələ Moskva vaxtı ilə 07:45-də (Bakı vaxtı ilə 08:45), yerin 38,2 kilometr dərinliyində qeydə alınıb.

Seysmik hadisə Petropavlovsk-Kamçatsk şəhərindən 158 kilometr aralıda baş verib. (Axar.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31