İsraildə terrorçuların edam edilməsi haqqında qanun birinci oxunuşda təsdiqlənib
09:37 Dünyaİsrail Knessetinin Milli Təhlükəsizlik Komitəsi terrorçular üçün ölüm cəzasının tətbiqini nəzərdə tutan qanun layihəsini birinci oxunuşda qəbul edib.
"Report" xəbər verir ki, bu barədə parlamentin mətbuat xidməti məlumat yayıb.
Knesset bu qanun layihəsini 2023-cü il martın 1-də ilkin oxunuşda təsdiqləyib. Qanun layihəsini hakim koalisiyaya daxil olan ifrat sağçı "Yəhudi Gücü" partiyasından olan deputat Limor Son Har-Melex təklif edib.
"The Jerusalem Post" qəzetinin yazdığına görə, sənəd qəsdən və ya biganəlikdən İsrail vətəndaşının ölümünə (bu əməl irqçilik motivləri və ya əhalinin müəyyən qrupuna nifrət zəminində törədildikdə - Qeyd) səbəb olan istənilən şəxsə ölüm cəzasının tətbiqini nəzərdə tutur.
"The Times of Israel" isə yazıb ki, Knesset noyabrın 5-də ilk oxunuşda terrorçular üçün ölüm cəzası qanun layihəsinə baxa bilər.