Tramp: “Sui-qəsd mənim həyata baxışımı dəyişdi”- ÖZƏL
09:34 DünyaABŞ jurnalisti Conatan Karl, ABŞ Prezidenti Donald Trampın həyatına yönəlmiş sui-qəsdin onun dünyagörüşünə təsiri barədə dediklərini özünün "Qisas: Donald Tramp və Amerikanı dəyişdirən kampaniya" adlı yeni kitabında açıqlayıb. Olaylar.az xəbər verir ki,  Tramp 2024-cü ilin iyulunda baş verən hadisənin onu psixoloji cəhətdən dəyişdirdiyini etiraf edib.
"Səni sevməsəm də, düşünmək istəmirəm. Amma bəli, hesab edirəm ki, bu (sui-qəsd) mənə təsir göstərdi", - Tramp jurnalistin "Ölümə yaxınlıq sizi dəyişdirdimi?" sualını cavablandırarkən bildirib.
Karlın sözlərinə görə, söhbət hadisədən iki gün sonra baş tutub. Jurnalist qeyd edib ki, bütün baş verənlərə baxmayaraq, Trampın səsində əvvəlkindən daha rahat və sakit bir ton hiss olunurdu.
Xatırladaq ki, Trampa qarşı sui-qəsd 2024-cü il iyulun 13-də Pensilvaniyada keçirilən seçki tədbiri zamanı törədilmişdi. 20 yaşlı Tomas Metyu Kruz Trampa atəş açmış, güllələrdən biri prezidentin qulağını cızaraq başının yanından keçmişdi. Hadisə ABŞ-da böyük siyasi rezonans yaratmışdı.