2025-ci ildə Varşava Ukrayna kreditləri üzrə təxminən 26 milyon avro faiz ödəyəcək - ÖZƏL

2025-ci ildə Polşa Ukrayna tərəfindən götürülmüş kreditlər üzrə təxminən 26 milyon avro faiz ödəyəcək.

Olaylar xəbər verir ki, bu barədə məlumatı RİA Novosti yayıb.

Məlumata görə, milliçı və Avropa skeptikləri koalisiyasından olan deputat Qjegoj Plaçek Polşa Maliyyə Nazirliyindən mövzu ilə bağlı rəsmi cavab alıb. Sənəddə bildirilir ki, Ukrayna Avropa Komissiyasına borcun faizlərinin ödənilməsi üçün yardım göstərilməsi ilə bağlı müraciət edib və 2025-ci ildə Polşa öhdəliklərinin öz hissəsini ilkin olaraq 25 968 192,15 avro məbləğində ödəyəcək.

Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbi Ukraynanın maliyyələşdirilməsinə görə ağır nəticələrin gözlədiyini bildirərək, 2022-ci ildən bəri Kiyev rejiminə təxminən 0,5 trilyon avro vəsait verildiyini vurğulayıb.

Həmçinin, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ukrayna üçün aralıq kredit ideyasını tənqid edib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31