Belçika Müdafiə Naziri: Ölkəmiz pilotsuz uçuş aparatları ilə həyata keçirilən casus əməliyyatının hədəfidir
3 Noyabr 20:24 DünyaBelçika Müdafiə Naziri Teo Franken ölkəsinin hərbi bazalarının üzərində pilotsuz uçuş aparatlarından istifadə edilən əlaqələndirilmiş casus əməliyyatının hədəfi olduğunu açıqlayıb.
Olaylar xəbər verir ki, bu barədə Teo Franken RTBF telekanalına verdiyi müsahibəsində danışıb.
"Düşünürəm ki, məqsəd Belçikada panika və destabilizasiya yaratmaqdır. Bəli, bu tam əlaqələndirilmiş əməliyyatdır və casus əməliyyatına bənzəyir," - deyə Teo Franken bildirib.
Qeyd edək ki, daha əvvəl nazir "Moskvanı dünyanın xəritəsindən silmək" ifadəsi ilə bağlı sözlərinin yanlış təqdim olunmasına görə "De Morgen" qəzetini ittiham etmişdi.
Oktyabrın sonunda isə Rusiya səfirliyi Belçika Müdafiə Nazirliyinin başçısının bu təhdidlərini "qeyri-normal" adlandırmışdı.
Daha sonra Teo Franken vurğulayıb ki, NATO Rusiyayla müharibə vəziyyətində deyil və "orada olmaq istəmir".