ABŞ Demokratik Partiyası Nensi Pelosinin siyasətdən gedişinə hazırlaşır - ÖZƏL
3 Noyabr 18:55 DünyaABŞ Demokratik Partiyası Nümayəndələr Palatasının sabiq sədri Nensi Pelosinin siyasətdən mümkün gedişinə hazırlaşır.
Olaylar xəbər verir ki, bu barədə "NBC" telekanalı məlumat yayıb.
Konqres və Kaliforniyadakı mənbələrin verdiyi məlumata görə, 85 yaşlı Pelosi, təxminən dörd onillikdir San-Fransiskonu təmsil edir və noyabrın 4-də seçki dairələrinin sərhədlərinin dəyişdirilməsi ilə bağlı qanun layihəsi üzrə səsvermədən sonra 2026-cı ildə yenidən namizədliyini irəli sürməyəcəyini elan edə bilər.
Mənbələrin bildirdiyinə görə, Pelosi bu təşəbbüsün qəbulunu öz siyasi karyerasının simvolik yekunu kimi qiymətləndirir.
Qeyd edək ki, keçən ilin sonunda Pelosi Lüksemburqda xəsarət almışdı.
İbrahim Məmmədli
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31