ABŞ “Minuteman III” qitələrarası ballistik raketinin sınaq buraxılışını planlaşdırır - ÖZƏL

ABŞ noyabrın 5-6-da Kaliforniya ştatındakı Vandenberq hərbi bazasından nüvə başlığı daşımayan, lakin nüvə yükü daşımaq qabiliyyətinə malik "Minuteman III" tipli qitələrarası ballistik raketin sınaq buraxılışını həyata keçirməyi planlaşdırır.

Olaylar xəbər verir ki, bu barədə "Newsweek" nəşri naviqasiya xəbərdarlıqlarına istinadən məlumat yayıb.

Məlumata görə, raketin Sakit okeanın mərkəzi hissəsində yerləşən Marşall adalarındakı Ronald Reyqan raketdən müdafiə poliqonuna çatması nəzərdə tutulur.

Jurnalın qeyd etdiyinə əsasən, ABŞ Hərbi Hava Qüvvələri il ərzində bir neçə dəfə bu tip sınaqlar keçirir.

Xatırladaq ki, oktyabrın 30-da ABŞ prezidenti Donald Tramp 33 ildən sonra ilk dəfə nüvə silahlarının sınaqlarına başlamaq barədə Pentaqona göstəriş verib.

İbrahim Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31