Finlandiya prezidenti Rusiya-ABŞ sammitinin noyabrda keçirilməsini təklif edib- ÖZƏL

Finlandiya Prezidenti Aleksander Stubb Rusiya Prezidenti Vladimir Putin ilə ABŞ Prezidenti Donald Tramp arasında görüşün noyabr ayında, Cənubi Afrikada keçiriləcək G20 sammiti çərçivəsində təşkil edilməsini təklif edib. Olaylar.az xəbər verir ki, bu barədə tele-radio şirkəti Yle məlumat yayıb.
Stubb bildirir ki, görüş 21-22 noyabr tarixlərində keçiriləcək sammit zamanı mümkündür. O, həmçinin əvvəllər bildirib ki, Helsinki və Astana böyük dövlətlər arasında danışıqlarda vasitəçilik rolunu oynaya bilər və tezliklə Ukraynada sülhün əldə olunmasına çalışmalıdır.
Əvvəlcə Finlandiya və Qazaxıstan prezidentləri sülhə çağırış edərək BMT Nizamnaməsinin prinsiplərinə uyğun hərəkət edilməsinin vacibliyini vurğulamışdılar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31