Türkiyə-Ermənistan sərhədinin açılması hələ gündəmdə deyil — ÖZƏL
15:55 DünyaOlaylar.az xəbər verir ki, Rusiya xəbər agentliyi RİA Novostiyə Türkiyənin diplomatik mənbəyindən verilən məlumata görə, hazırda Ermənistan-Türkiyə sərhədinin açılması məsələsi müzakirə edilmir.
Agentliyin həmsöhbəti qeyd edib ki, iki ölkə arasında münasibətlərin normallaşması üzrə danışıqlar prosesi davam edir.
"Hazırda söhbət münasibətlərin normallaşmasından gedir, konkret sərhədin açılmasından yox. Bu məsələ prosesin gedişatından asılı olacaq, hələlik konkret müddətlər yoxdur," - deyə mənbə bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31