ABŞ İsraili dəstəklədiyi müddətcə İrana qarşı əməkdaşlıq mümkün deyil- ÖZƏL

İranın ali dini lideri Əli Xamenei ABŞ-ın İsrailə verdiyi dəstəyi və regiondakı hərbi müdaxilələrini əsas gətirərək, Vaşinqtonla qarşılıqlı əməkdaşlığın mümkün olmadığını bildirib. Olaylar.az xəbər verir ki, Xamenei Tehranda tələbələrlə görüş zamanı çıxış edərək bildirib ki, ABŞ-ın "lənətlənmiş sionist rejim"i dəstəkləməsi və regionda hərbi bazalarının olması İrana qarşı əməkdaşlığı əngəlləyir. O əlavə edib ki, təsəvvür etmək sadəlövlük olardı ki, Tehranın və Vaşinqtonun bütün qarşıdurmaları yalnız "Amerikaya ölüm" şüarından qaynaqlanır. Xameneyinin sözlərinə görə, İran İslam Respublikası ilə ABŞ arasındakı münasibətlərdə qarşıdurmalar fundamental xarakter daşıyır və iki ayrı maraq axını arasında toqquşmadır. Bu çıxış 1979-cu ildə ABŞ səfirliyinin Tehranda ələ keçirilməsinin ildönümünə həsr olunmuş tədbirdə baş tutub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31