Almaniya yeni lazer silahını sınaqdan keçirir

Almaniya donanması dron və raketləri məhv etmək üçün yeni lazer silahını sınaqdan keçirir.

Olaylar.az xəbər verir ki, "National İnterest" nəşri məlumat yayıb.

"Almaniya Hərbi Dəniz Qüvvələri bir illik sınaqdan sonra lazer silahı əldə etməyə daha yaxındır. "Rheinmetall" və MBDA şirkətləri dronlardan və qabaqcıl raketlərdən gələn təhdidlərə cavab verə bilən lazer silahı hazırlamaq üçün Almaniya Hərbi Dəniz Qüvvələri ilə birlikdə çalışırlar", - məlumatda qeyd olunub.

Bildirilib ki, yeni silah "Sachsen" freqatında sınaqdan keçirilir. Hərbçilər artıq 100-dən çox sınaq atəşi ediblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31