Almaniya İHA ehtiyatları ilə müharibədə yalnız “bir neçə gün” müqavimət göstərə bilər- ÖZƏL

Almaniya hərbi silahlanma siyasətində hələ də ənənəvi döyüş sistemlərinə üstünlük verir, müasir texnologiyalara, xüsusilə pilotsuz uçuş aparatlarına (İHA) investisiya ayırmır. Olaylar.az xəbər verir ki, Frankfurter Allgemeine Zeitung (FAZ) qəzetində dərc olunmuş məqalədə bu barədə məlumat verilir. Məqalənin müəllifləri, Kil Universitetinin Dünya İqtisadiyyatı İnstitutunun rəhbəri Morits Şularik və britaniyalı tarixçi Nil Fergüson qeyd edirlər ki, Ukraynada döyüş zədələrinin 95%-i İHA-lar vasitəsilə yaranır. Hazırda Bundesverin yalnız 600-dən bir qədər çox İHA-sı var və yaxın illərdə əlavə 10 min aparat alması planlaşdırılır. Müəlliflər bildirirlər ki, yalnız bəzi gecələr Ukraynada yüzlərlə dron hücumu baş verir və Bundesverin planlaşdırdığı ehtiyat belə hücumlar qarşısında yalnız bir neçə günə kifayət edərdi. 2025-ci ildə Ukraynanın təxminən 4-5 milyon İHA istehsal edəcəyi proqnozlaşdırılır.
Ekspertlərin fikrincə, Almaniya investisiyalarını "yanlış sahələrə" yönəldir və ənənəvi pilotlu döyüş sistemlərinə üstünlük verir. Şularik və Fergüsonun yazdığına görə, 2022-ci ildən bəri hərbi büdcənin 90%-dən çoxu tank, gəmi və təyyarələrin istehsalına xərclənib, yalnız 1%-i isə yeni silah növlərinin tədqiqat və inkişafına sərf olunub.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31