Fransa İrəvana 300 milyonluq silah göndərdi

Fransa Silahlı Qüvvələr Nazirliyinin parlamentə təqdim etdiyi hesabata görə, 2023-2024-cü illərdə Ermənistan Fransa ilə 274 milyon avrodan çox dəyərində silah təchizatı müqavilələri imzalayıb.

Olaylar.az xəbər verir ki, bu barədə "Radio Free Europe" məlumat yayıb.

"Müdafiə sahəsində əməkdaşlığın şaxələndirilməsi çərçivəsində Ermənistan hərbi imkanlarını gücləndirmək və əhalinin təhlükəsizliyini təmin etmək üçün Fransaya müraciət etmək qərarına gəlib. Yeni avadanlıqların ixracı, hərbi təlimlərin və birgə əməliyyatların keçirilməsi sırf müdafiə xarakteri daşıyır. 2023-cü ildə İrəvanda Fransa müdafiə missiyasının yaradılması erməni tərəfdaşları ilə daha sıx əlaqələr qurmağa və ən yaxşı əməkdaşlıq formalarını müəyyən etməyə imkan verir", - hesabatda deyilir.

Hesabatda həmçinin bildirilir ki, Fransa Ermənistanı "Sezar" özüyeriyən haubitsaları, eləcə də onlar üçün 15 tank əleyhinə raket və buraxılış qurğusu ilə təchiz edir.

Qeyd olunur ki, 2022-ci ilə qədər Fransa Ermənistana demək olar ki, heç bir silah verməsə də, 2023-2024-cü illərdə quru qoşunlarının təchizatı üçün çoxsaylı müqavilə imzalanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31